Şirkətlər təbiətə 131 min manatlıq ziyan vurdu – CİNAYƏT İŞİ AÇILDI

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın bir sıra rayonlarında qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhərinin 4 rayonunda sahibkarlar tərəfindən qanunların kobud şəkildə pozulması ilə təbiətə külli miqdarda ziyan vurulması faktlarına rast gəlinib.
Belə ki, Yasamal rayonu Nəriman Nərimanov prospekti 127 ünvanında “Memar-3” MTK tərəfindən, Xətai rayonu Zığ küçəsi 39 ünvanında “Probuild Solutions” MMC tərəfindən, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şərq hissəsində “İbrahimxan” kiçik müəssisəsi tərəfindən tikinti və abadlaşdırma aparılan ərazilərdə, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 14K ünvanında “Mərmər İnşaat” ASC-nin mülkiyyətində olan torpaq sahəsində və Səbail rayonu Badamdar qəsəbəsi massiv 3 ünvanında meşə fonduna daxil olmayan ümumilikdə 165 ədəd ağac və iri kolların, o cümlədən 50 ilə yaxın yaşı olan irigövdəli ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə 131 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Səfər
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO
Qəzənfər Abbasov İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB











