Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Hadisə 4 Sentyabr 2023 20:52 Oxunub 566
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Şirvan sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh