Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - VİDEO

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb: “Tibb müəssisəsinə noyabrın 19-da hospitalizasiya olunan 1988-ci il təvəllüdlü qadına xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib. Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib.
Ancaq noyabrın 25-i saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin vəziyyəti qəfil pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib. Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib.
Bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib”.
Məlumatda qeyd olunub ki, 37 yaşlı qadın 6 uşaq anasıdır. O, artıq ambulator müalicə üçün evə buraxılıb.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








