Şirvanda yaşayış binasında yanğın oldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Yanğından Mühafizə Dəstəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 476 m2 olmaqla ümumi sahəsi 952 m2 olan ikimərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğın genişlənərək mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 86 m2 olan vətəndaşa məxsus üçotaqlı mənzilin 1 otağının tavanı isə 12 m2 sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə edilib.
Hadisə ilə əlaqədar 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.
***09:07
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO










