Siyəzəndə üç nəfər zəhərləndi - YENİLƏNİB

Siyəzəndə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 6-si zəhərlənmə şübhəsilə dörd nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"1965 (kişi cinsli), 1985 (qadın cinsli), 1988 (qadın cinsli) və 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxslərə digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin olunub və hər birinə zəruri ilkin tibbi yardım göstərilib.
Üç nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1965-ci il təvəllüdlü şəxs dəqiqləşdirilməmiş qeyri-infeksion mənşəli kəskin qastroenterit diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***12:23
Siyəzəndə zəhərlənmə hadisəsi olub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Rita Hüseyxan qızı Usubova, qonaqları - 1988-ci il təvəllüdlü Günel Əlipaşa qızı Qafarova və onun qızı, 2013-cü il təvəllüdlü Sümayə olduqları evdə qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO










