!["Mühafizəçi namus və şərəfimi təhqir etdi"- Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO](/upload/news/small/147908.jpg)
Skuterçiyə hücum çəkən sürücünün üzərində odlu silah olub? - DİN-dən AÇIQLAMA
Hadisə
5 İyun 2024 16:30
Oxunub 3880
![Skuterçiyə hücum çəkən sürücünün üzərində odlu silah olub? - DİN-dən AÇIQLAMA](/upload/news/4793596.jpg)
Dünən Avtosfer.az saytında “Velosiped zolağına girən sürücü skuter sürənə zor tətbiq etdi” başlıqlı xəbər dərc olunmuşdu. Xəbərdə skuter sürücüsü 99-VH-999 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsünün ona zor tətbiq etdiyini iddia etmişdi.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, skuterçi ona hücum çəkən sürücünün üzərində odlu silahın da olduğunu və bunu gözü ilə gördüyünü iddia edir. Elşən adlı vətəndaş bununla bağlı DİN-in 102 xidmətinə məlumat verdiyini bildirir.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, Elşən adlı vətəndaşın müraciətinə əsasən Nəsimi Rayonu Polis İdarəsində araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR