Skuteri yolun ortasıyla sürüb maşınların hərəkətinə mane oldu - VİDEO

Hadisə 30 Sentyabr 2024 19:03 Oxunub 210
Skuteri yolun ortasıyla sürüb maşınların hərəkətinə mane oldu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda skuter idarə edənlərin sayı gündən-günə artmaqdadır. Bu, atmosferin daha az çirklənməsi, avtomobillərin sayının qismən azalması baxımından müsbət hal kimi dəyərləndirilir. Lakin bu minik vasitəsini idarə edənlərin törətdikləri qayda pozuntuları və qəzalar da kifayət qədərdir.

Məlumdur ki, bəzi küçələrdə velosiped zolaqları çəkilib və skuter sürənlər də bu zolaqdan istifadə edirlər. Zolağın olmadığı küçələrdə isə bu iki təkərli nəqliyyat vasitəsiylə hərəkət çətinləşir.

Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsində qayda pozan skuter sürücüsü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 26-da günorta saatlarında qeydə alınıb. Belə ki, skuter sürən gənc yolun ortasıyla gedərək həm özünü, həmdə hərəkətdə olan nəqliyyat vasitələrini təhlükəyə atıb. Eyni zamanda görüntünü qeydə alan sürücü gəncin skuteri olduqca aşağı sürətlə idarə etdiyini bildirib.

Qeyd edək ki, elektroskuterlər qanunvericiliklə nəqliyyat vasitəsi kimi tanınmır, dövlət nömrə nişanı verilmir və qeydiyyatı aparılmır. Sürücülük vəsiqəsi də tələb olunmur. Bu isə, bir növ skuter sürənlərin rahatlıqla qayda pozmalarına gətirib çıxarır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh