Şöbə müdiri bu zəngdəki cavabına görə işdən çıxarıldı - VİDEO

Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.
“Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə “şöbəyə gəlin” deyilir və nəticədə şöbədə onlardan pul istənilir”, - deyə iddialarda qeyd olunub.
Mövzuyla bağlı Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib: “Elə bir şey yoxdur. Tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll oldu. Tələbənin valideyni ilə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib. O da olan işdir”.
Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsilə çıxarılıb.
“Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxır” sualına Cəlal Qardaşov belə cavab verib: “Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı”.
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










