Söküntüyə etiraz olaraq intihara cəhd etdi - VİDEO - YENİLƏNİB

Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib.
Belə ki, Ülkər Abbasovanın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib. O qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq.
Bildirilir ki, intihara cəhd edən şəxs tikinti işləri aparan “Gold məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.
Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.
***
“Gold məkan” MTK-dan “Qafqazinfo”ya bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayəhaqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb: “Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib. Hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub”.
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü










