Son 400 ildə ən nəhəng asteroid Yerə yaxınlaşır – TOQQUŞMA RİSKİ VARMI?

Şənbə günü iyunun 27-də Yerin yaxınlığından keçəcək asteroidi kiçik teleskop və ya binoklla izləmək mümkün olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Məlumatda göstərilir ki, bu ölçüdə səma cisimləri 10-15 ildə bir dəfə Yerin yayından ötür. Bu dəfə parlaq Ay işığı asteroidin müşahidəsinə mane ola bilər.
1997-ci ildə aşkar edilərək 1997 NC1 adlanan qayaşəkilli asteroidin ölçüsünün 750-1650 metr arası olduğu təxmin edilir. Digər ehtimala görə, ölçü daha kiçik ola bilər.
Asteroid şənbə günü Qrinviç vaxtı ilə saat 11.14-də (Bakı vaxtı ilə 14.14) 8,9 km/saniyə planetimizə ən yaxın məsafədən keçəcək. Yerlə asteroid arasında ən yaxın məsafə 2,57 milyon kilometr olacaq ki, bu da toqquşma ehtimalını sıfıra endirir. Maraqlı budur ki, belə ölçüdə səma cismi son 400 ildə ilk dəfə yerə yaxınlaşır.
Astronomik hesablamalara görə, yaxın 100 ildə Yerlə toqquşma riski olan asteroid yoxdur.
Səma cismini Şimal yarımkürəsində Yerə yaxınlaşarkən, cənubda isə uzaqlaşarkən müşahidə etmək mümkün olacaq.
Vüqar
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












