
Baş Prokurorluq məhkəmə hakiminin intihari lə bağlı məlumat yaydı - YENİLƏNİB

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın binasından özünü ataraq öldürüb.
***
Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.
News24 –in əldə etdiyi məlumata görə, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxanın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.