Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Hadisə 20 May 2023 20:00 Oxunub 15242
Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN HƏRƏKƏTƏ KEÇDİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi sosial şəbəkədə lüləyi kəsilmiş tüfənglə görüntülərini paylaşan şəxslə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, video polis əməkdaşları tərəfindən araşdırılıb. 

Həmin şəxsin Tərtər rayonunda yaşayan C.Lətifov olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan müvafiq sənədləri olmayan qundağı və lüləyi kəsilmiş tüfəng aşkar edilərək götürülüb. 

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh