Sosial şəbəkələrdə dələduzluq edən şəxs ələ keçdi - FOTO - VİDEO

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb.
O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lükü bərpa olundu - VİDEO
Sumqayıtda iki avtomobil toqquşdu, biri yandı - VİDEO - YENİLƏNİB
Asfaltlanandan bir gün sonra çökdü - FOTO - YENİLƏNİB
Avtobus sürücüsü sükan arxasında ölüb
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü













