“Şou” göstərmək istəyən motosiklet sürücüsü sərnişinlə birgə maşına çırpıldı - VİDEO
Hadisə
20 İyun 2025 16:00
Oxunub 1180

Paytaxtın Tbilisi prospektində baş vermiş yol qəzası videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 14-də saat 17:11 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, motosiklet sürücüsü hərəkətdə olduğu zolaqdan sola manevr edib. Ardınca iki maşının arasından keçmək istəyən motosikletçi sağda dayanmış avtomobilə çırpılıb. Motosikleti aşıran sürücü yerə yıxılıb. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəysə də xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













