Spirtdən daha BİR ÖLÜM: Nömrəsiz maşından meyit tapıldı

Bakıda avtomobildən meyit tapılıb.
Avtosfer.az Lent.az-a istinadən məlumat verir ki, hadisə Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan "Hyundai" markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O həmçinin narkotik aludəçisi olub.
Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












