Sudan zəhərlənmə - 270-dən çox insan həkimə müraciət edib

Rusiya Federasiyasının Dağıstan Respublikasında su zəhərlənməsindən sonra 274 nəfər həkimə müraciət edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Məhərrəmkənd rayonunun tibb işçiləri Dağıstan Respublikası Səhiyyə Nazirliyinin infeksionistləri və epidemioloqlarının dəstəyi ilə bağırsaq infeksiyası olan xəstələri fasiləsiz rejimdə aşkar etməyə çalışır. Son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır", - məlumatda deyilir.
Nazirlik bildirib ki, Dağıstan Respublikası üzrə səhiyyə naziri Yaroslav Qlazov xəstəxanaya baş çəkib.
Bundan əvvəl bildirilib ki, Dağıstandakı hadisə ilə əlaqədar Məhərrəmkənd rayonunun bələdiyyə sədri saxlanılıb.
Cinayət işi çərçivəsində ekspertiza təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












