Sultanov yanan təyyarədəki sərnişinləri xilas etdi

Noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” sərnişin təyyarəsi Antalyada eniş edərkən yanıb. Yanğın nəticəsində 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib, ölən və yaralanan olmayıb.
Avtosfer.az-ın Rusiyanın “SHOT” teleqram kanalına istinadən məlumatına görə, hadisə zamanı Sultan Sultanov adlı azərbaycanlı sərnişinlərin xilas edilməsinə kömək edib.
Bildirilib ki, yanğın zamanı sərnişinlərdən biri olan S.Sultanov təyyarənin stüardessasının təşviş içərisində olduğunu görüb. Məlumata görə, işlə bağlı Türkiyəyə uçan Sultanov hadisə vaxtı ön oturacaqda əyləşibmiş. Krasnodar sakini olan həmyerlimiz təcili çıxış qapısını özü açıb və sərnişinlərə çıxmağa yardım edib.
Qeyd olunub ki, Dövlət Dumasının deputatı Dmitriy Qusev Krasnodar diyarının rəhbəri Veniamin Kondratyevə müraciət edərək Sultanovun mükafatlandırılmasını istəyib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












