Şumaxeri şantaj edən ata və oğul HƏBS EDİLDİ

Hadisə 26 İyun 2024 21:54 Oxunub 438
Şumaxeri şantaj edən ata və oğul HƏBS EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniya hakimiyyəti keçmiş “Formula 1” pilotu Mixael Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən ata və oğulu həbs edib. Şübhəlilər əllərində məxfi sənədlər olduğunu iddia edərək yarışçının ailəsindən külli miqdarda pul tələb ediblər. Onlar əfsanəvi yarışçının ailəsindən milyonlarla pul tələb edərək, əllərindəki materialları sosial şəbəkələrdə paylaşmaqla hədələyiblər. Hər iki şəxs Şumaxerlə bağlı sənədlərə çıxışı olduğunu sübut etmək üçün ailəyə bəzi şəxsi materiallar göndərib. Şumaxerə qəzadan sonra ailəsi ona İsveçrədəki evində baxıb. Səlahiyyətlilər ailəyə şantaj planına dair xəbərdarlıq edib. Nəticədə şantaj edənlərin izinə düşülüb. Məlum olub ki, Şumaxeri başqa bir işə görə şərti azadlıqda olan ata və oğul şantaj edirmiş. Onlar iyunun 19-da Frankfurtun cənubunda, Qross-Gerau şəhərində supermarketin dayanacağında həbs ediliblər. Səlahiyyətlilər səkkiz mülkdə, eləcə də iki şəxsin əsas iqamətgahında axtarış apararaq bir neçə saxlama qurğusunu müsadirə ediblər. Polisdən bildiriblər ki, hadisə ilə bağlı istintaq hələ də davam edir. Günahı sübuta yetirilərsə, şübhəliləri 5 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Şumaxerin ailəsi ötən pilotla saxta müsahibə dərc edən alman jurnalına qarşı məhkəməni də qazanmışdı.

2023-cü ilin aprelində “Die Aktuelle” jurnalı Şumaxerdən müsahibə aldığını iddia etsə də, əslində məqalədə kompüter tərəfindən yaradılan sitatlar olub. 

Alman jurnalı Şumaxerin ailəsinə 200 min avro təzminat ödəyib.

Xatırladaq ki, adı hal-hazırda hallanan yeddiqat dünya çempionu 2013-cü ildə Fransa Alp dağlarında xizək sürərkən ciddi kəllə-beyin travması alıb.

Qəza günü Şumaxer o zaman 14 yaşında olan oğlu Miklə birlikdə yamaclara çırpılıb. Şumaxer xırda qayalarla səpələnmiş təmizlənməmiş kiçik bir qar zolağına daxil olmaq istəyib.

Şumaxerin xizəkləri belə daşlardan birinə ilişib və başı daşa dəyərək yıxılıb. Şumaxerin dəbilqəsi onu ölümdən xilas etsə də, zədəsi ağır olub. İki cərrahiyyə əməliyyatı keçirsə də, həkimlər onun vəziyyətinin 2009-cu ildə keçirdiyi motosiklet qəzası nəticəsində pisləşdiyinə inanırlar. Həmin vaxt Şumaxerin baş və boyun nahiyəsində sınıqlar yaranıb.  

2014-cü ilin aprelində Şumaxer komadan tədricən çıxmağa başlayıb. 

Daha sonra o, sentyabr ayında Cenevrə gölünün sahilində, İsveçrənin Gland şəhərində 50 milyon funt-sterlinq dəyərində olan evində davamlı reabilitasiya keçib. Şumaxerin 1995-ci ildə evləndiyi həyat yoldaşı Korin o vaxtdan onun vəziyyəti ilə bağlı tam məxfiliyi qoruyub saxlayır. Cütlüyün iki övladı (qızı Gina-Marie və oğlu Mik) var.

Mənbə: Sfera.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh