Sumqayıt məktəblərində İNSİDENT - YENİLƏNİB

5 fevral tarixində Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.
Bu barədə Avtosfer.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb:
"Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".
Sumqayıt Tibb Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü şagird qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
***12:06
Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
Bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.
***
Sumqayıt məktəblərində insidentlər baş verib.
Avtosfer.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.
Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.
İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub.
***
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, fevralın 5-i saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: “Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ










