Sumqayıt polisindən SİLSİLƏ ƏMƏLİYYATLAR: Saxlanılanlar var - FOTO - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.
Sumqayıt şəhərində narkotiklərin satışına qarşı həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 27 yaşlı Əfsanə Qasımova və tanışı, 28 yaşlı Pəlvan Abaszadə saxlanılıblar. Bu şəxslərdən isə 13 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxslərin narkotikləri Sumqayıt şəhərində müxtəlif ünvanlara yerləşdirməklə satışını təşkil etməyi planlaşdırdıqları müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 53 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












