Sumqayıtda 15 avtomobilə ziyan vuruldu: 20-yə yaxın velosiped oğurlandı - FOTO + VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib.
Qeyd edək ki, bu şəxs əvvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO










