Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb, şübhəli şəxs qismində həmyaşıdı saxlanılıb

Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












