Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb, saxlanılan var

Sumqayıt şəhərində 22 yaşlı gənc boynundan bıçaqlanıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarından birində baş verib. Mağazada satıcı işləyən 2003-cü il təvəllüdlü Hüseynov Aqil Salim oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 21:30 radələrində kişi cinsli 1 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












