Banner

Sumqayıtda 24 yaşlı kişi binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb - VİDEO

Hadisə 25 Noyabr 2022 12:49
Sumqayıtda 24 yaşlı kişi binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda 24 yaşlı kişi binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Oxunub : 998
ŞƏRH YAZ
Ad

E-mail

Şərh