Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı: Polis hərəkətə keçdi - YENİLƏNİB

Hadisə 28 Oktyabr 2024 10:05 Oxunub 100
Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı: Polis hərəkətə keçdi  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

"Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs(lər)in saxlanılması istiqamətində tədbirlər görülür", - deyə xidmət rəsmisi bildirib.

(oxu.az)

***

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh