Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərləndi

Hadisə 5 Avqust 2024 12:15 Oxunub 78
Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərləndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda ana və övladı qidadan zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022-ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Ana və övladının ət məhsulundan zəhərləndikləri ehtimal olunur.

(apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh