Sumqayıtda arvad ərini BIÇAQLADI - YENİLƏNİB

Hadisə 29 Aprel 2025 14:48 Oxunub 246
Sumqayıtda arvad ərini BIÇAQLADI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ərini bıçaqlamaqda şübhəli bilinən qadın məsuliyyətə cəlb olunub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***13:53

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal xəstəxanaya çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) aprelin 28-i, saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

"Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh