Sumqayıtda avtomobil iki qadın piyadanı vurdu, biri öldü - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı bildirib ki, xəstənin vəziyyəti orta ağırdır.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 iyun, saat 00:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.
Qasıq sümüyünün sınığı diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə R.Zeynallı bildirib.(oxu.az)
***09:07
Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən piyadalar - Xalidə İbadulla qızı Cabbarovanı və Yeganə Ağacan qızı Əmrahovanı vurub.
Xalidə Cabbarova aldığı xəsarətlərdən hədisə yerində keçinib.
Ağır bədən xəsarətləri alan Yeganə Əmrahova isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...








