Sumqayıtda avtotəmir sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Hadisə 9 Sentyabr 2024 13:48
Sumqayıtda avtotəmir sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində söndürülüb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

***

Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verib.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500 kvadratmetr sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

13:30

***

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.

Avtosfer.az xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə cəlb olunub.

(report)

FOTO QALEREYA
Oxunub : 452
ŞƏRH YAZ
Ad

E-mail

Şərh