Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO

Avtosfer TV 1 Aprel 2026 15:30
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhəri, 20 Yanvar küçəsində azyaşlı qızın yolda təhlükəli hərəkəti kameraya düşüb. İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə aprelin 1-də səhər saatlarında baş verib.

Kadrlardan görünür ki, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş skuteri yolda hərəkətdə olan avtomobillərə əhəmiyyət vermədən idarə edib. Belə ki, skuterlə nizamsız hərəkət edən uşaq geriyə manevr edən avtomobilə qəza şəraiti yaradıb. Nəticədə o, həm özünün, həm də sürücülərin təhlükəsizliyini risk altına qoyub.

Qeyd edək ki, qanunvericiliyə əsasən, azyaşlıların yol hərəkətində nəzarətsiz iştirakı valideynlərin məsuliyyətinə aiddir. Belə hallarda valideynlər uşaqlarını yol hərəkəti qaydalarına uyğun davranmağa yönəltməli və təhlükəsizliyini təmin etməlidirlər.

Nərmin

Oxunub : 426
ŞƏRH YAZ
Ad

E-mail

Şərh