Sumqayıtda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Stansiya Sumqayıt" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, yanğın fərdi yaşayış evinin həyətyanı sahəsində təndirxana kimi fəaliyyət göstərən əlavə tikilidə baş verib:
"Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal cəlb olunub. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınaraq söndürülüb".
***
Sumqayıt şəhərində çörək sexində yanğın başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə baş verib.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











