Banner

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Hadisə 13 Yanvar 2025 10:11 Oxunub 228
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Yanvarın 12-də saat 21:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına üç nəfər (iki qadın, bir kişi cinsli), Uşaq Xəstəxanasına isə iki nəfər (bir qadın, bir kişi cinsli) hospitalizasiya olunub.

Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar".

***

09:23

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları - 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh