Sumqayıtda güclü YANĞIN: Xəsarət alan var - YENİLƏNİB

Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb.
Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.
İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Bəxtiyar Ağayev adlı şəxs xəsarət alıb.
***
Sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Vurğulanıb ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
(oxu.az)
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO










