Sumqayıtda ipini qırıb qaçan heyvan “MAN”a çırpılmaqdan son anda.. - ANBAAN VİDEO

Hadisə 12 Sentyabr 2024 15:00 Oxunub 438
Sumqayıtda ipini qırıb qaçan heyvan “MAN”a çırpılmaqdan son anda..  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda yola qaçan iribuynuzlu heyvan təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, iribuynuzlu heyvan öncə yolun kənarıyla hərəkət etsə də qəflətən qarşı tərəfdən gələn “MAN” markalı yük maşınının önünə çıxıb.

Bu zaman digər sürücülər siqnal verərək yük maşınını idarə edən şəxsi xəbərdar edib. Heyvanı görən sürücü nəqliyyat vasitəsinin dayandıraraq baş verə biləcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, heyvanın kəsim yerinə aparılarkən ipi qıraraq qaçdığı iddia olunur.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh