Sumqayıtda kişi döyülərək öldürüldü - YENİLƏNİB

Sumqayıt şəhərində 44 yaşlı Aslan Bədirovun ölümü ilə bağlı yetkinlik yaşına çatmayan iki nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, iyunun 21-də axşam saatlarında Sumqayıt şəhərində A.Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi, daha sonra orada ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***18:15
Sumqayıtda iki qardaş atalarını döyərək qətlə yetirməkdə şübhəli bilinir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Zeyd Aslan oğlu Bədirov və onun qardaşı, 2009-cu il təvəllüdlü Saleh Aslan oğlu Bədirov ailə münaqişəsi zəminində ataları - 1981-ci il təvəllüdlü Aslan Akif oğlu Bədirovu döyərək qətlə yetiriblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, iyunun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində 44 yaşlı A.Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şəxsin yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğullarıdır.
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO











