Sumqayıtda mənzildə partlayış baş verib, xəsarət alan var - VİDEO - FOTO

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 71 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Babayev Cavanşir Yaşar oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Partlayış dalğasının zərbəsindən eyvanın lambirindən ibarət tavanı 4 m² sahədə dağılıb, aynabəndin pəncərə çərçivələri yerindən çıxıb və binanın həyətində olan “VAZ-2107” markalı avtomobilə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
























