Sumqayıtda müəssisədə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Hadisə 25 İyun 2024 10:51 Oxunub 262
Sumqayıtda müəssisədə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Sumqayıtda dezinfeksiyadan zəhərlənən yeddi nəfərdən ikisi Kliniki Tibbi Mərkəzə təxliyə olunublar".

Avtosfer.az xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda bildirilir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

"Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".

***

Sumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.

Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh