Sumqayıtda partlayış: Bir nəfər yaralandı - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son durumu məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
***11:06
Sumqayıtda emalatxanada partlayış baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb. Belə ki, sobanın partlaması nəticəsində partlayış baş verib.
Partlayış nəticəsində həmin emalatxanada fəhlə işləyən 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










