Sumqayıtda qadın küçədə öldürüldü - YENİLƏNİB

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.(report)
***
İyulun 1-də saat 22:10 radələrində 1985-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Baş, boyun, çiyin, döş qəfəsi və üz nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin olunan şəxs reanimasiya şöbəsinə yerləşdirilib. O, xəstəxanaya gətirilərkən həyat əlamətləri olmayıb.
Qeyd olunub ki, yaxınlarının təkidi ilə reanimasiya tədbirləri həyata keçirilib, lakin ölüm faktı təsdiqlənib.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
***23:51, 1 iyul
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Bağırova Aygün Sirac qızının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu - 4 il 10 ay 4 gün
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO










