Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Hadisə
29 İyul 2025 23:15

Sumqayıtda qardaşlar arasında qanlı münaqişə baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib. Münaqişə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə onun qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib. İlkin versiyaya görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlindəki bıçaqla Nəcəf Əsgərovu yaralayıb. Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 554
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 13:36
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
16 Noyabr 2026 13:30
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
16 Noyabr 2026 12:06
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
16 Noyabr 2026 11:48
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
16 Noyabr 2026 10:06
Bakıda avtobus qəza törətdi: Ölən var
16 Noyabr 2026 09:23
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
15 Noyabr 2026 22:41
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
15 Noyabr 2026 18:09
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
15 Noyabr 2026 16:47
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
15 Noyabr 2026 13:04
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
15 Noyabr 2026 09:13
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
14 Noyabr 2026 23:00
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
ŞƏRH YAZ












