Sumqayıtda "Qazel” yanıb – VİDEO
Hadisə
2 Fevral 2026 20:42

Sumqayıtda avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb. Avtomobil yanğından mühafizə olunub.
Oxunub : 624
DİGƏR XƏBƏRLƏR
12 Mart 2026 17:06
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
12 Mart 2026 11:11
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
11 Mart 2026 21:18
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
11 Mart 2026 18:45
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
11 Mart 2026 14:23
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
11 Mart 2026 12:44
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
11 Mart 2026 09:36
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
10 Mart 2026 18:27
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
10 Mart 2026 17:18
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
10 Mart 2026 13:48
Şəmkirdə "Prado"da meyit tapıldı
9 Mart 2026 18:48
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
9 Mart 2026 18:12
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
ŞƏRH YAZ










