Sumqayıtda təcili yardım sürücüsü çətin anlar yaşadı: "Sakinlər yolu kəsib" - VİDEO

Çağırışa gedən Təcili Tibbi Yardım avtomobilinin sürücüsü çətin anlar yaşayıb. Avtosfer.az xəbər verir ki, stansiya Sumqayıt ərazisində baş verən hadisənin videosu sosial şəbəkədə yayılıb. Belə ki, sakinlər tərəfindən küçənin girişinə quraşdırılmış dəmir konstruksiya təcili yardım avtomobilinin girişini məhdudlaşdırıb. Bunu yük avtomobilləri üçün quraşdıran sakinlər xəstənin həyatını təhlükə altında qoyublar.
Qeyd edək ki, bu cür maneələr yanğından mühafizə xidmətinin əməkdaşları üçün də maneə yarada bilər. Bu səbəbdən belə maneələrin ümumi istifadədə olan yollara quraşdırılması qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində qeyd olunub ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Könül
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










