Sumqayıtda təmir işləri zamanı ağır xəsarət alan usta xəstəxanada vəfat edib

Sumqayıt şəhərində təmir işləri zamanı ağır xəsarət alan usta xəstəxanada vəfat edib.
Avtosfer.az-ın məlumatına görə, hadisə 20 gün əvvəl Novxanı bağlarında yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Təmir işləri ilə məşğul olan 1981-ci il təvəllüdlü Vüsal Quliyev evin damından yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, iyunun 10-da saat 17:25 radələrində Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasına 1981-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Boyun fəqərələrinin çoxsaylı sınıqları, müştərək travma, onurğa beyinin ağır dərəcəli əzilməsi diaqnozları təyin edilən şəxs ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyent cərrahi əməliyyat olunub. Klinik-diaqnostik müalicə prosesinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq bu gün şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












