Sumqayıtda yolun ortasında “Daewoo” alovlandı - VİDEO
Hadisə
1 İyul 2025 15:00

Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində avtomobil alışaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, yanğın hadisəsi iyunun 30-da axşam saatlarında qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsində dayanmış “Daewoo Nexia” markalı avtomobil anidən alovlanmağa başlayıb. Maşının ön hissəsində başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin salon və arxa tərəfinə yayılıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə insan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi bilinmir.
Nərmin
Oxunub : 906
DİGƏR XƏBƏRLƏR
26 Mart 2026 16:28
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
26 Mart 2026 14:08
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
26 Mart 2026 09:13
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
25 Mart 2026 19:50
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
25 Mart 2026 18:50
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
25 Mart 2026 12:00
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
24 Mart 2026 11:36
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
23 Mart 2026 21:24
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
23 Mart 2026 17:24
Polkovnik-leytenant haqda YENİ QƏRAR
23 Mart 2026 11:58
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
22 Mart 2026 14:56
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
22 Mart 2026 13:42
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
ŞƏRH YAZ










