Sumqayıtda zavodlarda tüstülənmə - Qurğular dayandırıldı - VİDEO
Hadisə
12 İyul 2025 17:32
Oxunub 286

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Report-a “Azərikimya” İB-dən məlumat verilib.
Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













