Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır" - VİDEO

Hadisə 10 Fevral 2026 13:23
Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində bəzi sərnişin avtobuslarının yol zolaqlarının tələbinə əməl etməməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb.

Bildirilib ki, 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların nizamsız hərəkəti yolun daralmasına, eləcə də nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olur.
 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, məsələ ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib:

"Daşıyıcıya xəttin nizamlı fəaliyyətini təmin etməyə, səlahiyyətindəki sürücülərin sərnişindaşıma qaydalarını pozmamasına, mindirib-düşürmələri yalnız təyin olunan dayanacaq məntəqələrində həyata keçirmələrinə nəzarətin təşkilinə dair tapşırıq verilib".

Oxunub 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh