Süni intellektin hazırladığı pəhriz XƏSTƏXANALIQ ETDİ

ABŞ-də 60 yaşlı kişi ChatGPT neyron şəbəkəsinin məsləhəti ilə duzu natrium bromidlə əvəz etmək qərarına gəlib və bu səbəbdən psixiatrik xəstəxanaya yerləşdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin həkimlərinin ACP Journals portalında dərc olunmuş araşdırmasında deyilir. Həkimlərin sözlərinə görə, təqaüdçü duzu pəhrizindən çıxarmaq qərarına gəlib və buna görə də kömək üçün süni intellektə müraciət edib. Süni intellekt kişiyə ədviyyatı dəyişdirmək üçün bir neçə variantı tövsiyə edib, onlardan biri zəhərli natrium bromidi əlavə etmək olub. Araşdırmaya görə, kişi üç ay ərzində bu pəhrizə riayət edib. Mütəxəssislər qeyd ediblər ki, amerikalı tezliklə halüsinasiyalar görməyə başlayıb və o, paranoyya və oriyentasiya pozğunluğu yaşamağa başlayıb. Daha sonra kişi psixotik epizodlardan şikayət etməyə başlayıb. Həkimlərlə söhbətində təqaüdçü qonşusu tərəfindən zəhərləndiyini ehtimal edib. O, xəstəxanadan da qaçmağa cəhd edib. Nəticədə həmin şəxs məcburi müalicəyə göndərilib. İki həftə sonra həkimlər amerikalının vəziyyətinin stabilləşdiyini təsdiqləyiblər.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










