“Supertoys”dan yanğınla bağlı AÇIQLAMA

“Supertoys” MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə “Supertoys” MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.
Məlumatda bildirilir ki, yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub.
“Hal-hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.
Şirkət rəsmi olaraq bildirir ki, müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












