Suraxanıda “Azərsu” əməkdaşı borca görə SU BORUSUNU KƏSİB? - AÇIQLAMA + VİDEO

Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:
“Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı “Azərsu” ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır”.
Suraxanı Rayon Su Kanal İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:
“Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb”.
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










