Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO - FOTO
Hadisə 1 Oktyabr 2022 13:28 Oxunub 478
Suraxanıda iki qumbara aşkarlanıb  - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO Suraxanıda iki qumbara aşkarlanıb - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh